Ordu.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılıb.
Bildirilir ki, amansız bir erməni terrorçunu milli qəhrəman səviyyəsinə qaldırmaq və onun üçün təntənəli mərasim təşkil etmək terrorizmin təbliğdir və bunu heç bir halda qəbul etmək olmaz.
Qeyd edək ki, 1973-cü il oktyabrın 27-də erməni terrorçu Gurgen Yanikyan tərəfindən Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadur Dəmir vəhşicəsinə qətlə yetirilib.
Ordu.az