Ordu.az "Past" nərşinə istinadən xəbər verir ki, Paşinyan açıq şəkildə "öz" baxışlarını ifadə etmə fürsətini əldən vermir, hətta son günlər rus KİV-lərinə verdiyi müsahibəsində də kəskin fikirlər səsləndirib.
ABŞ tərəfini, xüsusilə erməni-amerika münasibətləri barədə Paşinyanın rus KİV-lərinə verdiyi şərhləri əsəbləşdirib.
Yeri gəlmişkən, Paşinyan amerikalılara ünvanlanmış narazılığını erməni parlamentinin kürsüsündən də səsləndirib.
“Past” nəşrinin əldə etdiyi məlumatlara əsasən, ABŞ tərəfi Paşinyanın narazılıqlarına cavab olaraq, özünəməxsus “at addımı” atmaq niyyətindədirlər. Onlar bu yaxınlarda Paşinyana hökümətlərarası, dövlətlərarası əməkdaşlığa dair yeni format təklif etmək niyyətindədirlər.
Amerikalıların hesablaması təqribi olaraq belədir. Onlar düşünür ki, əgər razılaşarsa sonrakı əməkdaşlıq çox yaxşı olacaq, əks halda rus amilinin mövcudluğu təsdiqlənəcək.
Alpər Mövludoğlu
Ordu.az