"Ağdam bizim vətənimiz deyil" - Sarkisyan (Arxiv fotosu)

2019/05/456-1557216213.jpg
Oxunub: 25561     12:02     07 May 2019    
Erməni KİV-lərində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Müdafiə naziri olarkən Ağdamla bağlı səsləndirdiyi etiraflar yayılıb.

Ordu.az xəbər verir ki, Serj Sarkisyanın sözügedən ifadələri 2001-ci ilin mayında Ermənistan parlamentində Qarabağ məsələsi üzrə dinləmələr zamanı deputat Sasun Mikaelyanın qarşılıqlı güzəştlərə dair sualına cavab verərkən səsləndirdiyi qeyd olunur.

Onun sözlərinə görə, "təhlükəsizlik zonası"nın yaradılması heç vaxt Qarabağ (qondarma qurum-red) və ya Ermənistanın ərazisini artırmaq məqsədi daşımayıb.

"Qarabağın əsl sərhədləri hansılardır?" deyə verilən suala Sarkisyan belə cavab vermişdi: "Ümumiyyətlə hər hansı bir ölkənin sərhədləri, o cümlədən bizim sərhədlərimiz də daxil olmaqla, bu sərhədi hardan çəkə bilirsinizsə, oradan da keçir. Bəli, mən hesab edirəm ki, Ağdam bizim vətənimiz deyil".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ağdam   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin