Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibəsində ABŞ və Rusiya liderlərinin telefon danışığını şərh edərkən bildirib.
O qeyd edib ki, Putin və Trampın danışıqlarında irəliləyiş müşahidə olunur, bunun nəticəsində Vaşinqton, Moskva və Pekinlə silahlara nəzarət üzrə yeni müqavilə hazırlanması üçün danışıqlara başlamağı planlaşdırır.
"Prezident Tramp və Putin arasında uğurlu danışıq baş tutub. Hesab edirəm ki, bu tərəflərin irəliləməsinə imkan verir. Tramp müqaviləyə əməl etməyə hazır olan iki tərəfdaşa ehtiyac olduğunu başa düşür", - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az