Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində yazıb.
“Son bir il ərzində Ermənistanda böyük sürətlə xəyanət, transgenderlik və həmcinsliliyin total şəkildə təbliğatı aparılır. Paşinyanın rəhbərliyi altında hökumət bu təhlükəli əlamətlərə qarşı cinayət tolerantlığı nümayiş etdirir. Homoseksuallar polislərə toqquşdu, hakimiyyət susdu, transseksual erməni parlamentində təbliğat apardı, hökumət bunu da qınamadı.
İndi də kitab təqdimatları təşkil edirlər və 3-6 yaş arası uşaqları hədəfləyirlər. Onlar qınamadıqları azmış kimi, biz qınayanları da siyasi saxtakarlar adlandırırlar. Onlar kimi siyasi transgender olmaqdansa, siyasi saxtakarlıqda ittiham edilmək daha yaxşıdır. Paşinyan “izmeri”nin olmamasını desə də, bu məsələdə də yalan danışıb. Onun “izmeri” var. Populizm və siyasi transgenderlik onun “izmeri”dir” - deyə Şarmazanov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az