Bu sərgidə Türkiyə 485, ABŞ 125, İngiltərə 58, Almaniya 54, Fransa 42, Çin 41, İtaliya 25, Cənubi Koreya 24, Ukrayna 18, Kanada 9, Rusiya 9, Qazaxstan 8, Pakistan 7, Çexiya 7, Belçika 5, Hindistan 2 şirkətlə təmsil olundu.
IDEF-2019-da Azərbaycanı MSN və onun tabeliyində olan şirkətlər təmsil edib. Sərgidə müxtəlif təyinatlı zirehli vasitələr, PUA-lar, tank, aviasiya, artilleriya sursatları, atıcı silahlar və onların mərmiləri nümayiş etdirilib.
Müdafiə Sənayesi Nazirliyi 120 mm-lik minaatanın, 30 mm avtomatik qumbaratanın yeni modelini, 7.62 mm kalibrli "Yırtıcı" tipli snayper tüfəngini, AZ-7.62 avtomatını, HP- 7.62 hücum pulemyotunu, tank mərmisini və ASELSAN ilə birgə hazırlanan QFAB-250 LG ağır aviasiya bombasının prototipini ilk dəfə xarici bir sərgidə təqdim etdi.
Sərgidə ev sahibi Türkiyə ən böyük heyətlə təmsil olundu. Ölkənin sursat və raket istehsalında lider şirkəti olan ROKETSAN-ın stendində Mikro Peyk Daşıma Sistemi, 2.5 ton kütləyə malik BORA raketi, yerli mühhərikə sahib SOM-J uzaqmənzilli raketi, lazer başlıqlı "Teber" raketi, ortamənzilli OMTAŞ tank əleyhinə raketi, uzaq mənzilli UMTAŞ tank əleyhinə raketi, "Tanok" lazer başlıqlı sursatı, ATMACA dəniz platforması, "Cida" idarəolunan yaxın mənzilli raket kompleksi, YATAGAN miniatür raket sistemi, "Karaok" qısamənzilli tank əleyhinə raket kompleksi və s. kimi müasir silah sistemləri nümayiş etdirildi.
ASELSAN şirkəti sərgidə sınaq atışları bu ilin martında uğurla başa çatan, ROKETSAN şirkəti ilə birgə istehsal edilən, hərbi bazaları, limanları, obyektləri və birlikləri orta və alçaq hündürlükdə uçan vasitələrdən, qanadlı raketlərdən, "hava-yer" tipli sursatlardan qorumaq üçün nəzərdə tutulan "Hisar-A" və "Atmaca" raketlərini, "Tufan" elektromaqnit topunu, uzunmənzilli HHM üçün istehsal edilən "Korkut"un dəniz platformasını və "Gökdeniz" kompleksinin atıcı qurğusunu, "Koral" REM komplekslərini, "Kalkan" erkən xəbərdarlıq sistemlərini, həmçinin, məsafədən idarə edilən dəniz və quru modullarını, müasir müşahidə və rabitə vasitələrini, raketlər üçün lazer başlıqlarını, avionika modulunun əsas elementlərini təqdim etdi. Məsafədən idarə edilən "Sarp-L" kompleksi də ilk dəfə nümayiş olundu.
Azərbaycan Silahlı Qüvvələrini idarəetmə və rabitə avadanlıqları ilə təmin edən şirkətlərdən olan PAVOTEK, taktiki zonada böyük nəqliyyat vasitələrilə hərəkətdə olan qoşunların rabitə əlaqəsini təmin etmək üçün istifadə olunan, müxtəlif səviyyəli komandirlər və bölmələr arasında əlaqəni, həmçinin şəbəkəyə düşmən qüvvələrinin müdaxiləsinə imkan vermədən dayanlqlı rabitə əlaqəsini təmin edən 24 FE cihaznı təqdim etdi. Şirkətin istehsal edərək sərgidə təqdim etdiyi digər aktual bir məhsul titrəmə, işıq, istilik kimi xarici təsirlərə qarşı dayanıqlı və GPS siqnallarını çevik şəkildə qəbul edən, 7 nüvəli prosessora sahib "Əl kompüteri" oldu. Bu yüngül kompüteri boynuna asan əsgər zirehli vasitədən kənarda belə kəşfiyyat bölmələrindən aldığı hədəf koordinatlarını əl kompüterinə daxil edərək atəş aça bilər.
Türkiyənin "Otokar" şirkəti şərgidə "Ural", "Kobra II", "Arma", "Kunduz", "Tülpar" zirehli vasitələrini nümayiş etdirdi. Elektriklə çalışan mühərrikə sahib "Kobra II" zirehli vasitəsi isə ciddi marağa səbəb oldu.
BMC "Amazon" və "Kirpi II" ilə bərabər "Otokar" tərəfindən seriya istehsalı üçün təqdim edilən "Altay" tankını təqdim etdi. Ümumilikdə BMC şərgidə "Altay" tankından başqa 10-dan çox növdə zirehli texnika, bir mühərrik və bir tank daşıyıcı vasitə ilə təmsil edildi. Tank sərgiyə yeni daşıyıcının üzərində gətirildi və sona qədər onun üzərində nümayiş etdirildi.
FHSS şirkəti isə tırtıllı AKINCI, KAPLAN, "Kunduz-Azmim" və təkərli PARS ailəsinin müxtəlif zirehli vasitələrini təqdim etdi. Türkiyənin yeni silahlı platforma layihələri çərçivəsində hazırlanan və "yeni nəsil tank qırıcısı" kimi təqdim edilən FHSS şirkətinin KAPLAN 10 tırtıllı döyüş maşını və ZAHA zirehli desant maşını da ilk dəfə IDEX-2019-da sərgiləndi.
70 faizi yerli imkanlar olmaqla prototipi "Koluman Avtomobil Sənaye A.Ş." tərəfindən hazırlanan 8 oxlu zirehli hərbi dəstək vasitəsi "Derman" da 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə nümayiş etdirildi.
STM şirkəti istehsal etdiyi asimmetrik müharibədə istifadə məqsədli, uzaqdan idarə olunan, kvadrokopter tipli KARGU və sabit qanadlı ALPAGU BLOCK II zərbə PUA-larını təqdim etdi.
Sərgidə TÜMOSAN tərəfindən hazırlanan "Pusat" zirehli döyüş vasitəsi, həmçinin yüngül və orta tırtıllı zirehli vasitələr üçün güc qrupunun ilk prototipi təqdim edildi.
METEKSAN şirkətinin hazırladığı millimetr dalğa uzunluğunda çalışan MİLDAR Atəşi İdarəetmə Radarının yeni versiyası ağır sinif helikopterlərə inteqrasiya ediləcək.
SSTEK Müdafiə Sənaye Texnologiyaları A.Ş. şirkətinin təqdim etdiyi milli "Fırtına" özüyeriyən artilleriya qurğularının ilk yerli və avtomatik lülə təmizləmə qurğusu "Cingi", lüləni 30 dəqiqədən az müddətə təmizləyir. "Cingi"nin 120, 155 və 203 millimetr versiyaları da mövcuddur.
"Katmercilər" şirkəti məsafədən idarəolunan UKAP və "Xızır" zirehli vasitəsini təqdim etdi. Müşahidə, tank əleyhinə və daşınma məqsədli zirehli PARS 4x4 üzən modeli suda yerində dönə bilir və geriyə doğru üzmək imkanına malikdir.
Sərgidə yeni silahlanmaya qəbul edilən, TUSAŞ-a aid "Hürkuş" təlim təyyarəsi və "Atak 129" helikopterlərinin (texnoloji sistemləri ASELSAN şirkətinə aiddir) yerli topa sahib ağır "Atak 2" modelinin nümayişi artıq Türkiyənin müdafiə sənayesində real imkanlarını göstərdi.
Sərgidə "Nurol Makina" şirkətinin "Əjdər Yalçın" zirehli vasitəsi təqdim edildi.
"Baykar" şirkətinin "Anka", "Anka Aksüngür", "Bayraktar TB-2" və "Akıncı" kimi müxtəlif təyinatlı PUA-ları, həmçinin "Asis Elektronik ve Bilişim Sistemleri A.Ş" şirkətinin istehsalı olan "Songar" və "Salgur" (hücum etməyə hazır, savaşqan) mikro zərbə dronu da sərgidə marağa səbəb oldu.
Türkiyənin Elmi və Texniki Tədqiqat Şurasının (TÜBİTAK) mütəxəssisləri 250 metr məsafədə lazer şüası ilə düşmənə ziyan vurmağa qadir TÜMOL lazer sistemini də ilk dəfə IDEF-2019-də təqdim etdilər.
IDEF-2019-da təqdim ediləcək digər bir yenilik yerli "Ata Arms" şirkətinin Türkiyədə ilk dəfə istehsal etdiyi dəyişən çaplı snayper tüfəngi ASR "Multi Kalibre" (çox çaplı) snayper tüfəngi də ilk dəfə nümayiş etdirildi.
"Anadolu Isuzu" şirkəti "Anadolu Savunma" ilə birlikdə inkişaf etdirdiyi və Çanaqqala Zəfərinin qəhrəmanlarından olan Seyit Onbaşının adını verdiyi, 8x8 təkər formulalı "Seyit" tank daşıyıcı ağır yük maşınlarını da ilk dəfə IDEF-2019 sərgisində təqdim etdi. Türkiyənin ilk aviadaşıyıcı-desant gəmisi olacaq TCG "Anadolu" gəmisinin maketi ziyarətçilərə təqdim edildi.
Rusiyanın "Almaz-Antey" konserninin stendində S-400 "Triumf" zenit raket sistemi, "Buk-M2E", "Viking", "Tor-M2E", "Tor-M2K" zenit raket kompleksləri və "Tor -M2KM, "Tunguska-M1" zenit-top raket kompleksləri, həmçinin müxtəlif rejimli RLS-lər, ikili təyinatlı meteostansiya və s. nümayiş etdiridi. Sərgidə 4 ++ və 5-ci nəsil döyüş təyyarələrinin alınması mövzusunda Türkiyə və Rusiya rəsmiləri arasında danışıqlar davam edir.
Sərgidə müxtəlif profilli Rusiya şirkətlərinin geniş şəkildə təmsil edilməsi, onların Türkiyə silah bazarından uzaqlaşmaqda olan İsrail və ABŞ mövqelərini ələ keçirmək məqsədindən xəbər verir.
Sərgidə təqdim edilən çoxsaylı müdafiə məhsullarının təyinatı və xüsusiyyətləri müdafiə sənayesinin aşağıdakı sadalanan ənənələrini qeyd etməyə imkan verdi:
1. İstehsalçı, xarici ölkələrdən idxal edilən elementlərin miqdarını minimuma endirməyə çalışır.
2. Süni zəka, lazer, kilidlənmə, stels, hipersəs, elektron və idarəolunan sistemlər kimi yüksək dəqiqlikli platformalar bu günün tələbidir. Artıq onların konvensional silahları müdafiə bazarından sıxışdırıb çıxarması prosesinə başlanılı0b.
3. Universal bazaya malik müasir və müxtəlif məqsədlər üçün tətbiq edilə bilən ikili və hətta üçlü təyinatlı məhsulların istehsalı daha perspektivli hesab edilir.
4. Bir çox ölkələrin illərdir istehsal etdiyi və ya digər şirkətlərdən kopyalanan silahların təkrar istehsalı artıq əksər dünya ölkələrinin maraq dairəsi xaricindədir. Onların texniki əsaslandırılmasına, layihələndirilməsinə və istehsalına çəkilən xərclər adətən özünü doğrultmur.
5. Silah idxal edən ölkələr daha çox pilotsuz, robot, məsafədən idarə edilən, həm də istifadəçi xətalarını "bağışlayan" platformalara üstünlük verirlər.
6. Şirkətlər də məhsullarının konsepsiyasında şəxsi heyəti atəş və ya zərbə mənbəyindən kənarda tutmaqla düşmən atəşindən qorumaq prinsipini tətbiq etmək məcburiyyətində qalırlar.
7. Zərbə gücünə mənfi təsir etmədən istehsal edilən məhsulların həcm və kütlələrinin azaldılması artıq geridə qalan bir mərhələdir.
8. Müdafiə sənayesi məhsullarına çəkilən xərclərin artması fonunda sağlam şirkətlərin daha ciddi maliyyə qaynaqları əldə edəcəyi şübhəsizdir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az