Yaralanan hərbi qulluqçu dərhal hospitala təxliyyə edilib və onun vəziyyəti həddindən artıq ağır olaraq qiymətləndirilib.
Daha öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Hovhanisyan “Azadlıq” agentliyinə verdiyi müsahibəsində biri Tavuş, digəri isə Qarabağda olmaqla iki yaralının olması barədə məlumat verib.
"Vəziyyətdə müəyyən qədər dəyişiklik var. Daha gərgin vəziyyətlərlə rastlaşdığımızdan indiki vəziyyəti çox da gərgin hesab etmirik. Atışmalar bir az çoxalıb və iki yaralı var", - deyə o qeyd edib.
Hovhanisyan indiki məqamda iki yaralı olduğunu, hər ikisinin son zamanlar baş verdiyini qeyd edib.
Bunlardan birinin Tavuş istiqamətində yaralanmış 32 yaşlı, müqaviləli erməni hərbi qulluqçu Sepxanyanın olduğunu, digərinin isə Qarabağda baş verdiyini qeyd edib.
Hovhanisyan, müsahibəsində hər ikisinin həyatına ciddi təhlükə olmadığını bildirsə də, "tert.am" saytına verdiyi açıqlamasında Qarabağda təxribata cəhd nəticəsində yaralanmış erməni əsgərin vəziyyətinin ağır olduğunu etiraf edib.
Alpər Mövludoğlu
Ordu.az