Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.
“Paşinyan hökumətin fəaliyyətinə nəzarəti itirir. Yeni formalaşdırılan hökumət daxilində 50% pay alan neo-liberallar, hakimiyyət içərisində müəyyən səlahiyyətlər əldə etməklə, müstəqil siyasət yürüdür və addım-addım öz layihələrini həyata keçirirlər. Çox hallarda isə onlar Paşinyan üzərindəki təsirlərindən istifadə edir, onun əli vasitəsilə öz missiyalarını həyata keçirirlər.
Məsələn, “Vətəndaş günü” tədbirinin bayram kimi qeyd edilməsini liberal ideoloji təsir kimi qəbul etmək olar. Çünki bu addım ictimai marağı, ciddi subyektiv fərdi maraq kimi qəbul etməyi nəzərdə tutur.
Bununla da xarici əxlaqi təsirlər və dəyərlərin cəmiyyətdə nüfuz etməsi prosesinə qarşı ictimai müqavimət zəiflədilir. Azad dəyərlər deyilən anlayış ənənəyə sadiq cəmiyyətə və geniş vətəndaş kütləsi arasında ögeydir. Bunun erməni ictimiyətinə qəbul etdirilməsi üçün istənilən süni məcburiyyət gözlənilməz nəticələrlə doludur” - deyə erməni politoloq qeyd edib.
O, Paşinyanı öz hökumətində yer alan liberalların fəaliyyətinə nəzarət etməyə, ənənəvi erməni və ailə dəyərlərinə qarşı istənilən xarakterli təxribatlardan uzaq durmağa çağırıb.
Alpər Mövludoğlu
Ordu.az