“Aprel hadisələrinin təkararlanması ehtimalı var” – EKSPERT

2019/05/76876-1556959475.jpg
Oxunub: 31398     12:43     04 May 2019    
“Biz görürük ki, guya Azərbaycanla Türkiyə arasında birgə döyüş atışlı təlimlər gedir, lakin onların yanında İsrail dayanır”.

Ordu.az erməni KİV-lərinə istnadən xəbər verir ki, bu barədə erməni politoloq Sergey Şakaryants keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanla Türkiyə arasında hərbi razılaşmaya əsasən 1-3 may tarixlərində birgə döyüş atışlı “Mustafa Kamal Atatürk-2019” taktiki təlimlərindən danışan erməni politoloq, bu təlimlərin sanki gündəlik zərurətə çevrildiyini vurğulayıb.

“Biz görürük ki, guya Azərbaycanla Türkiyə arasında birgə döyüş atışlı təlimlər gedir, amma onların yanında İsrail dayanır”- deyə Şakaryan qeyd edib.

Erməni politoloqun sözlərinə görə, sərhəddə gərginlik olduğu şəraitdə mütləq aktivləşmələr baş verəcək.

“Bunun baş verməməsi mümkün deyil. Aprel hadisələrinin təkrarlanması da baş verə bilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin