Qriqoryan "1 Mart" işi üzrə ifadə verməkdən imtina edib

2019/03/45654-1552288166.jpg
Oxunub: 13855     11:22     11 Mart 2019    
Manvel Qriqoryan "1 Mart" cinayət işi üzrə ifadə verməkdən imtina edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Xidmətinin "1 Mart" cinayət işi üzrə istintaq araşdırmaları çərçivəsində həmin dövrdə Müdafiə nazirinin sabiq müavini olmuş Manvel Qriqoryandan ifadə alınmasına cəhd edib.

Lakin Manvel Qriqoryan ifadə verməkdən imtina edib. Beləliklə o, konstitusiyanın müvafiq maddəsindən yararlanaraq, gələcəkdə bu ifadənin ona və ya onlara qarşı istifadə edilə biləcyini dərk edərək, həyat yoldaşına və ya yaxınlarına qarşı ifadə verməyə məcbur olmadığı hüququndan istifadə edib.

Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2008-ci ilin 21 fevral tarixində Ermənistanın Müdafiə nazirinin iki müavinləri generallar, Manvel Qriqoryan və Qaqik Melkonyanın onu müdafiə etdiklərini bildirirdi.

"General Manvel Qriqoryan və general Qaqik Melkonyan bildirib ki, xalqın yanındadırlar və xalqın etimad göstərdiyi namizədi dəstəkləyəcəklər" - deyə Azadlıq meydanında baş tutan mitinq zamanı Levon Ter-Petrosyan bəyan etmişdi.

Bununla da Petrosyan ordunun siyasi proseslərə cəlb edilməsi faktını sübut edib. Bundan sonra Manvel Qriqoryan və Qaqaik Melkonyan siyasi proseslərdə iştirak etdiklərinə görə müvafiq olaraq 2 aprel və 23 aprel tarixlərində tutduqları vəzifələrindən istefaya göndəriliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   1-Mart  


Bizi "telegram"da izləyin