XİN-də Hərbi Akademiyanın dinləyiciləri ilə praktiki məşğələ keçirilib

2019/03/7aa69-1552035681.jpg
Oxunub: 11351     13:00     08 Mart 2019    
Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun tədris proqramı çərçivəsində kursda təhsil alan dövlət orqanlarının yüksək vəzifəli qulluqçuları ilə Xarici İşlər Nazirliyində praktiki məşğələ keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, praktiki məşğələ zamanı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva tərəfindən nazirliyin konfrans zalında dinləyicilərə brifinq verilib.

Brifinq zamanı Xarici İşlər Nazirliyinin yaranma tarixi, strukturu, vəzifə və tapşırıqları, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət prioritetləri, bu sahədə dövlət başçısının tapşırıq və təlimatları, son illər ərzində Azərbaycan Respublikasının müstəqil çoxistiqamətli, milli maraqlara əsaslanan xarici siyasəti, Azərbaycan Respublikasının xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik xidmət orqanlarının - səfirliklərin, konsulluqların və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərin fəaliyyəti haqqında dinləyicilərə geniş məlumat verilib. Sonra dinləyiciləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Praktiki məşğələnin gedişində akademik kursun dinləyiciləri Xarici İşlər Nazirliyinin Heydər Əliyev guşəsini ziyarət edib. Sonda ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Məşğələ   Hərbi-Akademiya  


Bizi "telegram"da izləyin