Kosmik cihazlar, peyklər: Azərbaycan ABŞ və Fransanın dəstəyi ilə kosmosda irəliləyir

2019/03/17623-1552032064.jpg
Oxunub: 27493     12:18     08 Mart 2019    
Ekspertlər ABŞ-ın Bakını son illərdə kosmosun öyrənilməsində əsas tərəfdaş hesab etdiyinə diqqət çəkirlər.

Ordu.az xəbər verir ki, ötən ilin dekabrında ABŞ Azərbaycana 109 milyon dollar dəyərində aviasiya və kosmik məhsul ixrac edib. Bu məlumat ötən il Amerika-Azərbaycan arasındakı rəsmi ticarət statistikasında təqdim edilib. Mənbəyə əsasən, Azərbaycan təyyarələr, kosmik texnologiyalar və peyklər alıb.

Qeyd edək ki, 2017-ci ildə ixrac məhsulu barədə həmin bənd mövcud deyil. Bakı ABŞ-dan həmçinin mülki təyyarələr və 31 milyon dollarlıq avadanlıq alıb.


Erməni politoloq Suren Sarkisyanın fikrincə, bu məhsul rəsmi olaraq mülki təyinatlı olaraq qeydiyyatdan keçsə də, gələcəkdə Bakının ikitəyinatlı texnologiyalar almağa başlayacağını istisna etmək olmaz.

“Nümunə üçün uzaq getməyə ehtiyac yoxdur. Ötən il Azərbaycan “Bell 412” mülki helikopteri satın alıb və onları hərbi təyinatlı məqsədlərə çevirdi... Amma ABŞ silah satmağa qərar verərsə, bunu balanslı olaraq həyata keçirəcək. 907-ci düzəliş, əvvəlki kimi, ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə mane olur”, - deyə Sarkisyan bildirib.

Yeri gəlmişkən, keçən ilin oktyabrında Donald Trampın məsləhətçisi Con Bolton ABŞ prezidentinin 907 saylı Azadlığa Dəstək Aktını ləğv etmək səlahiyyətini istifadə edə biləcəyini söyləyib. Bu düzəliş Azərbaycana yardım edilməsini qadağan edən dövlət səviyyəsində olan bir məhdudiyyətdir. Bir çox ekspert həmin dövrdə bu bəyanatı Vaşinqtonun Bakıya silah satmaq üçün əl-qolunu azad etməsinə edilən cəhd kimi qiymətləndirmişdi.

Ümumiyyətlə, Sarkisyanın sözlərinə görə, son illərdə Birləşmiş Ştatlar kosmos sahəsində Bakının əsas tərəfdaşına çevrilib. Azərbaycan Birləşmiş Ştatlar və Fransa ilə birgə bir sıra kosmik layihələr həyata keçirir. Son bir neçə il ərzində Bakı bir neçə peyki orbitə göndərib. Sarkisyanın sözlərinə görə, zərurət olduğu halda bu peyklər Ermənistana qarşı istifadə ediləcək.

“Bu şəraitdə rəsmi İrəvan, ABŞ-Azərbaycan arasında aviasiya və kosmik sənayesində əməkdaşlığa mane ola bilməz. Ermənistan bu sahədə çox az resurs və fürsətə malikdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Kosmik-vasitələr   ABŞ-Fransa  


Bizi "telegram"da izləyin