Ordu.az Shamshyan.com saytına istinadən xəbər verir ki, bu gün Şirak vilayətində baş verən mübahisə və dava nəticəsində saat 01:30 radələrində Gümrü tibb mərkəzinə sağ döş nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə bir nəfər daxil olub.
Hüquq mühafizə orqanları tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, yaralı Rusiya Federasiyasının vətəndaşı, 22 yaşlı Racan Vajimirovdur. Həkimlərin məlumatına görə, əməliyyat otağında olan xəstə baş verənlər barədə ifadə vermək durumunda deyil.
Əldə edilən məlumata əsasən, yaralı Vajimirov Gümrüdə dislokasiya olunan rus hərbi bazasında xidmət edir. Polis hüquq-mühafizə orqanları artıq mübahisəli davanın harada baş verdiyi barədə əməliyyat məlumatına malikdir.
Fakt üzrə Şirak vilayət istintaq idarəsində materiallar hazırlanır, məhkəmə tibbi ekspertizası təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az