Ermənistan MN əsgər ölümləri ilə bağlı “gizlənpaç” oynayır

2019/03/14174-3103920564.jpg
Oxunub: 18427     20:22     07 Mart 2019    
Bir neçə gün öncə erməni KİV-ləri iki ay ərzində Ermənistan silahlı qüvvələrində və işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan hərbi birləşmədə hərbi qulluqçuların öldüyü və bu barədə rəsmi qurumların məlumat vermədiyinə dair xəbər yaydı.

Daha öncə də xəbər verdiyimiz kimi, həmin məlumatdan, xüsusilə Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətlə əlaqəsi olmayan şəraitdə baş vermiş 4 hərbi qulluqçunun ölüm faktı barədə məlumatı gizlətdiyi aydın olub.

Ermənistanın Müdafiə naziri Davit Tonoyan yayılan bu məlumata münasibət bildirərkən, MN tərəfindən hər hansı ölüm faktının gizlədilməsini inkar etsə də, 4 hərbi qulluqçunun ölüm faktı barədə niyə məlumat yaymadıqlarına aydınlıq gətirməyib. MN-in mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan isə bildirib ki, hərbi xidmətlə əlaqəsi olmayan ölüm faktları barədə məlumat verməsələr də, mətbuatda yayımlandığı halda, MN onu təsdiq edib. O, tövsiyə edib ki, məlumat verib-verməməyi onu gizlədib-gizlətməməklə qarışıq salmasınlar.

“Sülh dialoqu” ictimai birliyinin sədri Edqar Xaçatryanı MN-in bu kimi davranış tərzi təəccübləndirmir. Onun fikrincə, Ermənistan MN illər öncə adət halını almış tərzdə işləməyə, realda orduda nələr baş verdiyini ictimaiyyətdən gizlətməyə davam edir. O hesab edir ki, hərbi qulluqçuların ölüm hadisələrini açıqlamamaqla, yəqin MN ictimaiyyətə ölüm hadisələrinin və ya bu sahədə cinayət işlərinin azalmasını göstərməyə çalışır.


Bunun çox təhlükəli tendensiya olduğunu qeyd edən Xaçatryan, həmçinin Davit Tonoyan tərəfindən ölüm hadisələrinin hərbi xidmətlə bağlı olmadığına dair açıqlamasını da tənqid edib. O qeyd edir ki, orduda nəzarət mexanizmi olmadığına görə istənilən ölüm faktını hərbi xidmətlə əlaqəli olmayan kimi dəyərləndirmək mümkündür. Onun fikrincə, elə məhz buna görə də 2016-2018-ci illər ərzində Ermənistan ordusunda baş verənlər barədə tam məlumat əldə edə bilmirlər.

Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Varujan Avetisyan öz “Facebook” səhifəsində 4 hərbi qulluqçunun ölüm faktının gizlədilməsinə münasibət bildirərkən qeyd edib ki, MN öz savadsız və məsuliyyətsiz davranış tərzini davam etdirir.

Xatırladaq ki, Ermənistan MN tərəfindən baş vermiş hadisənin gizlədilməsinə dair daha bir cəhd edilib. Belə ki, yeni il gecəsi aldığı silah xəsarətlərindən erməni ordusunun müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryan ölüb. Lakin hadisə barədə MN və istintaq komitəsi hər hansı bir məlumat yaymayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin