Erməni general "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə köçürülüb

2019/03/45654-1551773144.jpg
Oxunub: 25198     12:05     05 Mart 2019    
Erməni parlamentinin sabiq deputatı, "Yerkrapah" təşkilatının sabiq sədri, general Manvel Qriqoryan “Nairi” tibb mərkəzindən "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə köçürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Ədliyyə Nazirliyinin cəzaçəkmə xidmətinin ictimai əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib.

"Hazırda Manvel Qriqoryan "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsindədir, o, 1 mart tarixində ora köçürülüb", - deyə Navikyan qeyd edib.

Xatırladaq ki, fevralın 8-də Manvel Qriqoryanı “Nairi” tibb mərkəzinə yerləşdirmişdilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Həbs  


Bizi "telegram"da izləyin