Latviyanın keçmiş deputatı: “Latviya Ermənistanın meyvə ixracını əvəz edə bilməyəcək”

2026/06/1781970336.jpg
Oxunub: 206     19:41     20 İyun 2026    
“Latviya Rusiyaya ixrac edilən erməni meyvələrinin həcmini kompensasiya etmək imkanına malik deyil”.

Ordu.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə Latviyanın keçmiş parlament deputatı Ruslan Pankratov deyib.

Xatırladaq ki, “Rosselxoznadzor” mayın 30-dan etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırıb. Bundan əlavə, mayın 22-dən ölkədən çiçək idxalına da müvəqqəti məhdudiyyət tətbiq olunub.

Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocoyan daha əvvəl bildirmişdi ki, iyunun 1-dən etibarən Ermənistan albalısı, ərik və çiçəklərinin idxalçıları arasında Niderland, Kipr, BƏƏ, Rumıniya, Bolqarıstan və Latviya da yer alıb.

Pankratovun sözlərinə görə, Latviyada indiyədək erməni meyvələrinə ciddi ehtiyac olmayıb və buna görə də ixracatçıların yüksək iqtisadi göstəricilər əldə etməsi asan olmayacaq.

“Latviyaya meyvə tədarükləri Rusiya bazarı ilə əldə edilən ixrac həcmlərini əvəz edə bilməyəcək”, - deyə o bildirib.

Onun fikrincə, erməni əriki və albalısı bazarda müəyyən niş məhsul kateqoriyasını doldura bilər, lakin Rusiyada olduğu kimi geniş istehlakçı kütləsi arasında yüksək tələbat qazanmayacaq.

Pankratov qeyd edib ki, həmin bazar indiyədək Avropa İttifaqı ölkələri, Türkiyə, Misir, İran və digər iri ixracatçıların məhsulları ilə təmin olunurdu və Ermənistanın payı statistik baxımdan nəzərəçarpacaq səviyyədə deyildi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Ermənistan  


Bizi "telegram"da izləyin