Ordu.az xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
Açıqlamaya əsasən, iyunun 20-də Hörmüz boğazından 55 ticarət gəmisi keçib. Bu gəmilər dünya bazarlarına böyük həcmdə yük və 17 milyon bareldən çox neft daşıyıb.
Komandanlıq beynəlxalq su yolunda təhlükəsiz keçidin qorunduğunu və daha əvvəl yayımlanmış tövsiyələrin xüsusi marşrut üzrə maneəsiz gəmiçiliyin mümkünlüyünü təsdiqlədiyini vurğulayıb.
“ABŞ qüvvələri bölgədə qalır və İranla əldə olunmuş razılaşmanın bütün aspektlərinin yerinə yetirilməsini, icrasını və tam şəkildə tətbiq olunmasını təmin etmək üçün ayıq-sayıqlığı qoruyur”, - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı İsrail və ABŞ tərəfindən memorandumun pozulduğunu əsas gətirərək Hörmüz boğazının bağlandığını açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az