Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Respublikaçılar Partiyasının mətbuat katibi, Ermənistan parlamentinin sabiq deputatı Eduard Şarmazanov səsləndirib.

“Uğurlu Paşinyan-Əliyev görüşündə Sahakyan iştirak etməyibsə, deməli ötən il mayın 9-da Nikol Paşinyan yalan danışıb. O, öz yalanına görə ya gərək erməni xalqından üzr istəsin, ya da İlham Əliyevə inandığından, o qədər də peşəkar olmadığını etiraf etsin. 9 may tarixində Paşinyan Xankəndində elə böyük bir şüar qoydu ki, bu gün özü belə ona nail ola bilmir. Paşinyan populist yolla davam edir. Lakin daxili siyasətdə populizm bir az keçərlidirsə də, xarici siyasət populizmi qəbul etmir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Paşinyan Qarabağ məsələsində hər hansı konsepsiyaya malik deyil və sadəcə vaxt uzadır.
“Əliyevlə nə barədə danışa bilər? Ona görə İranda çox bilmişlik, xeyirxahlıq edərək deyir ki, gündəm haqqında danışmaq lazımdır. Lakin bu absurddur. Dövlət rəhbərləri gündəm barədə nəsə müzakirə etməlidirlərsə, o zaman Xarici İşlər nazirləri, Minsk qrupu həmsədrləri nəyə lazımdır?”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az