Ordu.az xəbər verir ki, bu barədə iranşünas erməni ekspert Artem Tonoyan “Sputnik Armenia”ya verdiyi müsahibəsində bildirib.
Daha öncə “Instagram”da Məhəmməd Zərif XİN rəhbəri kimi işini davam etdirməyə hazır olmadığına görə üzr istəyib. Maraqlıdır ki, Xarici İşlər naziri artıq 13 dəfə istefa təqdim edib, lakin qəbul edilməyib. Daha sonra İran prezidenti Həsən Ruhani Zərifinin istefasını qəbul etmədiyi barədə məlumat yayıb.
“Onun müraciətinin səbəblərinə gəldikdə isə, son vaxtlar Zərifi nüvə razılaşmasının iflasa uğramasına (ABŞ-ın razılaşmadan çıxmasına) görə, çox tənqid edirdlər”, - deyə Tonoyan bildirib.
Bir neçə ay bundan öncə İran parlamentində dinləmələr keçirilib və həmin dinləmələrdə nazirin ünvanına ciddi tənqidlər səsləndirilib. Çünki bu müqavilənin həyata keçirilməsi üçün əsas zəmanətçi elə Zərifin özü idi.
Erməni iranşünasın fikrincə, digər səbəblər, məsələn, ölkədaxili ziddiyyətlər də istisna edilmir. Mövcud şəraitdə (müqavilənin uğursuzluğu, yerli valyutanın devalvasiyası, iqtisadi çətinliklər) ölkənin mühafizəkar bloku bir növ şans qazandı. Zərifin istefası ölkədəki ciddi dəyişikliklərə, o cümlədən, hökumətin dəyişməsində əsas rol oynaya bilər.
O, istefa mesajının təkcə Ermənistan Baş nazirinin səfəri qabağı yox, Suriya prezidenti Bəşər Əsədin Tehrana səfərindən bir neçə saat sonra ortaya çıxdığını da diqqətə çatdırıb.
“Baş nazirin İrana səfəri fonunda xoşagəlməz bir xəbərdir, lakin Nikol Paşinyanın səfərinin gündəliyində dəyişiklik gözlənilmir. Səfərin gündəliyinin dəyişəcəyinə şübhə edirəm”, - deyə Tonoyan bildirib.
Xatırladaq ki, Ruhani prezident seçildikdən sonra Zərif 2013-cü ildən İran Xarici İşlər Nazirliyinə rəhbərlik edir. Onun hakimiyyəti altında, İrana qarşı sanksiyalarının bir hissəsinin çıxarılmasına icazə verən nüvə razılaşması imzalanıb.
Alpər Mövludoğlu
Ordu.az