Xidmət yoldaşını öldürən erməni əsgər amnistiya aktı ilə azad edilib – DETALLAR

2019/02/53072-1551264098.jpg
Oxunub: 19988     14:39     27 Fevral 2019    
Ölən erməni hərbi qulluqçu Hovsep Qriqoryanın işi 6 ay ərzində araşdırıldıqdan sonra rəsmi qətl törədəni amnistiya aktı ilə azad ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 27-də işğal altında olan Qarabağ ərazisində ölən erməni hərbi qulluqçu 20 yaşlı Hosep Qriqoryanın ölümü müəmmalı, açıqlanmayan bir cinayətin nəticəsi idi.

Açılan atəşin izi hərbi qulluqçunun alnının tam ortasında olub. Ağdərədə yerləşən qondarma qurumun istintaq şöbəsinin müstəntiqi S.Q Yeğyan bir gün ərzində qətlin üstünü açıb. Hadisənin baş verdiyi günün ertəsi müstəntiq apardığı araşdırmada qeyd edib ki, pulemyotçu Aşot Çaxalyan, həmin manqanın qumbaraatanı, müddətli xidmət hərbi qulluqçusu Hovsep Qriqoryanla eyni vaxtda müşahidəçi olub.

Bu zaman Çaxalyan Qriqoryana təhkim edilmiş AKM tipli silahı götürərək, silahla davranış qaydalarını pozub. O, əsgər Qriqoryanı qorxutmaq məqsədilə döyüş mərmiləri ilə dolu xəzinəni silaha taxılmış vəziyyətdə, lazımsız yerə silahı doldurub, silahın lüləsini Qriqoryanın başı istiqamətinə doğru tuşlayıb, xəzinəni çıxararaq tətiyi çəkib. Müstəntiq Yeğayanın, guya Hovsepin silah yoldaşı tərəfindən qorxudulması məqsədilə silahın alnına dirəyərək diqqətsizlikdən atəş açması versiyası, ölüm hadisəsindən başlayaraq, ilkin araşdırmanın sonunadək dəyişməz olaraq qalıb.

3-cü qarnizonun hərbi prokurorluğu hadisəni tələsik gizli şəkildə araşdıraraq, 6 ay ərzində Sünik vilayət məhkəməsinə təhvil verib. Aşot Çaxalyana qarşı silahla davranış qaydalarını pozaraq ağır nəticələrə səbəb olma maddəsi üzrə ittiham irəli sürüb. Gorus məhkəməsi də adətən mümkün olmayan tez bir şəraitdə, 5 ay müddətində işin araşdırlmasına yekun vurub. İttihamda heç bir məqam dəyişdirilmədən hakim təmamilə ittihamı təsdiq edib.

İlkin araşdırma və məhkəmə prosesinin birlikdə heç bir il davam etmədiyi bildirilir. 2018-ci il dekabrın 25-də Sünik vilyət məhkəməsi Gorusdakı inzibati yerləşmə binasında hərbi qulluqçu Hovsep Qriqoryanın rəsmi qatilinə qarşı, müvafiq maddə üzrə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verib.

Zərərçəkənin hüquqi varisi olan anası, Armine Avetisyan onların iştirakı olmadan məhkəmənin hökm verməsinə narazılıq edir. Anası qeyd edir ki, onlar şokdadırlar. Açıq aydın görünür ki, Çaxalyana cinayəti öz boynuna alacağı təqdirdə türməyə düşməyəcəyi bildirilib. Anası deyir ki, əgər bu Çaxalyan qatildirsə, o, amnistiya aktı ilə necə azadlığa buraxıla bilərdi?

“Çaxalyanın nə zəngin valideynləri, nə də imkanı vardı, sadə həyat sürən gəncdir. Necə ola bilər ki, heç bir şey olmadan bu gəncə qarşı bu qədər humanist davransınlar”, - deyə ölən hərbçinin anası Armine Avetisyan təəccüb edir.

Onun sözlərinə görə, cinayət işinin bütün ipucları gizlədilir. Hətta “Dataleks” informasiya sistemində də bu cinayət işi barədə məlumat yerləşdirilməyib, hökm və cinayət ictimaiyyətin gözündən uzaq saxlanılıb.

O, həm Rusiyada yaşadığına görə xidmətə getməyə, həm də valideynlərinin birindən məhrum olduğuna görə yaşayış yerindən 150 km uzaqlıqda xidmət etmə güzəştindən yararlana bilərdi. Lakin hərbi xidməti seçən Qriqoryan heç nəyi nəzərə almadan birbaşa işğal edilmiş Qarabağ ərazisində dislokasiya olunan erməni ordusunun qanunsuz hərbi birləşmələrindən birinə, illərdir cinayət hadisələri ilə gündəmdə olan “Yeğnikner” (Marallar), Tonaşen yaşayış məntəqəsində yerləşən, Talış və Gülüstan yaşayış məntəqələri boyunca müdafiə mövqeyi tutan, 38862 saylı hərbi hissəsinə aparılıb”, - deyə o etiraz edir.

4 yaşından etibarən Rusiyada yaşayan Qriqoryanın hərbi xidmətini asan keçirmədiyi qeyd edilir. O, sağlığında anasına deyib ki, onu hərbi hissədə “rus” deyə çağırır, komandir isə “rusiyalılara” qarşı qəddar və alçaldıcı təlim üsulları tətbiq edirmiş. Məsələn, gecə yuxusu hesabına nizamnamə oxumağa məcbur edilirmiş.

Anasının sözlərinə görə, oğlunun komandirlə münaqişəsi olub. Gecələr yuxudan oyadaraq erməni dilində əsgərin vəzifə borclarını oxumağa məcbur etdiyini qeyd edib. O, müstəntiqə bildirib ki, oğlu ilə komandir arasında vəziyyət olduqca gərgin olub, hətta əlbəyaxa da olublar.

Anası qeyd edir ki, Çaxalyanı hərbi hissə komandanlığı sadəcə “peşka” edərək, qurban verib və oğlunu Çaxalayan öldürməyib, sadəcə boynuna alması ilə həbsxanaya getməyəcəyi vəd edilərək, onu məcbur ediblər. O, bunun açıq-aşkar məlum olduğunu bildirib. Həmin komandirin isə oğlunun ölümündən əvvəl başqa hərbi hissəyə köçürüldüyünü diqqətə çatdırıb. Ancaq müstəntiq diqqətsizlikdən atəş açma versiyasından başqa heç bir variantı nəzərdən keçirmədiyini qeyd edib. Hazırda məhkəmə hökmü şikayət mərhələsindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət   Ölüm  


Bizi "telegram"da izləyin