Bu QUAD-ın 2017 və 2018-ci illərdəki görüşlərindən sonra birgə bəyannamələrin olmaması ilə də sübut edilir. Görüşlərdən sonra dörd üzv tərəfindən fərdi yayımlanan bəyannamələrdə azad və sərbəst Hind-Sakit okean zonasının əhəmiyyəti vurğulansa da, onların fikirləri sadəcə bir neçə detal üzərində üst-üstə düşür. Üstəlik QUAD-ın müdafiəçiləri onun əsaslarının on il əvvəlkindən daha güclü olduğunu irəli sürsələr də, tək bir birgə bəyanatın olmaması təşəbbüsün daxili limitlərini ələ verir.
QUAD-ın yenicə dirçəlişi 2012-ci ildə Şinzo Abenin Yaponiyanın Baş naziri kimi geri qayıdışı ilə daha da sürətləndi. Onun bu posta qayıtmasından sonra Abe Çinin “zorakılığı”nı dayandırmaq məqsədilə “demokratik Asiya təhlükəsizlik almazı”nı təbliğ edən bir məqalə yazdı. Təklif ABŞ, Yaponiya, Avstraliya və Hindistanın Hind okeanından Qərbi Sakit okean zonasına gedən dəniz yollarının təhlükəsizliyini təmin etmək üçün əməkdaşlıq etməli olduğu fikrinə dəstək verirdi.
Hindistanın Çinlə bağlı təhdid gözləntiləri QUAD-ın ilk yaradılmasından keçən onillikdə artıb. Bu həm də onu Vaşinqton və ABŞ-ın Asiyadakı Avstraliya və Yaponiya kimi müttəfiqlərinə bir qədər də yaxınlaşdırdı. Çinin Hind okeanındakı dəniz mövcudluğunda müşahidə edilən artım və nüvə silahları proqramının sürətli modernizasiya Hindistan planlaşdırıcılarını təşvişə saldı və milli strategiya ilə dəniz qüvvələri proyeksiyası arasındakı əlaqəyə vurğunu gücləndirdi.
Buna baxmayaraq, QUAD-ın tarixini nəzərə alsaq, onun davamlılığı qarşısında çoxsaylı ciddi şübhələr olduğu görünür. La Trobe Universitetinin əməkdaşı Nik Bisle bildirib ki, elə bir həyati milli maraq yoxdur ki, bu dörd ölkənin hamısı paylaşsın. 2007-ci illə müqayisədə 2017-ci ildə QUAD-ın dirçəlişi güman ki, Pekin tərəfində çox az narahatlıq yaratsın.
İlkin Məmmədov
Ordu.az