Erməni politoloq: “Bu, avtoritar idaretmə üsuludur və dəyişməlidir”

2019/02/56756-1551179659.jpg
Oxunub: 6042     20:12     26 Fevral 2019    
“Niyə yeni Konstitusiya Ermənistan siyasi gündəminin prioritetidir? Bunu təxirəsalınmaz edən hansı səbəblər var?”

Ordu.az xəbər verir ki, erməni politoloq Saro Saroyan “Araçin lratvakan” xəbər portalının yuxarıda göstərilmiş suallarını cavablandırıb.

Onun sözlərinə görə, konstitusiyanın siyasi gündəmin ilk yerlərində olmasına 4 səbəb var.

“Birincisi, ictimaiyyət əmindir ki, kostitusiya legitim deyil, saxtalaşdırılıb, yəni saxta konstitusiyadır və ölkəni ciddi siyasi problemlər qarşısında qoyur. İkincisi, konstitusiyada kifayət qədər saxtakarlıqlar, səhvlər, hüquqi boşluqlar və s var. Bunları düzəltmədən ikitərəfli siyasi, hüquqi münasibətlər yaratmaq mümkün deyil. Üçüncüsü, superbaş nazirlik sistemindən yaxa qurtarmaqdır. Dördüncüsü isə ümumiyyətlə idaretmə üsulunu müəyyən etmək məsələsi var”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Avtoritar-hakimiyyət  


Bizi "telegram"da izləyin