Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq Ermənistanda “Sasna Tsrer” partiyası Paşinyan hakimiyyətinə təhlükə olaraq nəzərdən keçirilir.
Dünən partiya sədri Jirayr Sefilyan, “Sasna Tsrer” qruplaşmasının üzvlərindən Armen Bilyan və Smbat Barseğyanın hələ də azadlıqda olmaması faktına toxunarkən Paşinyan hakimiyyətinin ünvanına birbaşa təhdid səsləndirib.
“Üsyançılara qarşı davam edən mühakiməni sükutla və səbrlə seyr etmək vaxtı tükənib, səbr kasası dolub. Əgər Armen Bilyan və Smbat Barseğyan azadlığa buraxılmasalar, erməni xalqının daha dərrakəli və şərəfli hissəsi üsyançıların azad edilməsi və hüquqlarının tanınmasına məcbur edəcək”, - deyə o bəyan edib.
Başqa sözlə desək, Sefilyan Paşinyanın ünvanına təhdidlər səsələndirib, lakin bu dəfə mətnlə izah edib ki, zərurət olduğu halda təkarən silaha əl atacaqlar.
Qeyd edək ki, polis alayına hücum zamanı zərərçəkən şəxslərdən ikisi etiraz etdiyinə görə onların böyük əksəriyyətinə 2018-ci ildə qəbul edilən amnistiya aktı şamil edilməyəcək. Bununla da, “Sasna Tsrer” partiyasının üzvləri gələcək həbslərin qarşısını almaq üçün müqavimət göstərməyə cəhd edirlər.
Alpər Mövludoğlu
Ordu.az