Ermənistan Müdafiə Nazirliyi fərarilərdən vəsait toplayır

2019/02/97039-1551178844.jpg
Oxunub: 15186     15:43     26 Fevral 2019    
Ermənistanda müəyyən edilmiş qaydalarla hərbi xidmət keçməyən, lakin 27 yaşı tamam olan şəxslər arasında cinayət məsuliyyətindən azad edilənlərin sayı 9985-dir.

Ordu.az xəbər verir ki, bu barədə KİV-lərin yazılı müraciətinə Ermənistan Müdafiə Nazirliyi cavab verib.

“Müəyyən edilmiş qaydaları pozaraq, müddətli hərbi xidmət keçməyən vətəndaşlar haqqında” qanun 2003-cü il dekabrın 17-də qüvvəyə mindikdən sonra, müəyyən edilmiş qaydalarla hərbi xidmət keçməyən erməni gənclərinin müraciətlərini araşdıran idarələrarası komissiya 9985 şəxs barədə müsbət qərar qəbul edib.

Qanuna əsasən, qeyd edilən dövrdə Ermənistan MN-in xüsusi hesabına 11 milyard 81 milyon 46 min 100 dram vəsait köçürülüb. MN-dən bildiriblər ki, hökumətin təyin etdiyi qaydalara əsasən həmin vəsait hərbi ehtiyacların qarşılanması məqsədilə istifadə edilir.

Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyası, müddətli hərbi xidmət keçməyən vətəndaşlar haqqında qanunun müddətinin uzadılması barədə layihə təqdim edib. Yeni layihə ilə təklif edilir ki, 2018-ci ilin sonunadək 27 yaşı tamam olan şəxslərin Ermənistana qayıtmasına, təyin edilmiş ödənişləri ödəməklə cinayət məsuliyyətindən azad edilməsinə imkan verilsin.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin