Ordu.az “Hraparak”a istinadən xəbər verir ki, Serj Sarkisyan-Seyran Ohanyan dindirilməsindəki üzləşdirmədən maraqlı detallar məlum olub.
Bildirilir ki, bu məsələ “1 Mart” hadisələrinə yox, relslərin satılması tarixçəsinə aiddir. Məlum olduğu kimi, Meğri hissəsində dəmiryollarının qanunsuz satılması ilə bağlı açılmış çinayət işi var. Bu cinayət işi çərçivəsində Seyran Ohanyan bunun Serj Sarkisyanın təlimatına əsasən yerinə yetirdiyi barədə əvvəlcədən ifadə verib.
Üzləşmə zamanı isə vəziyyət kəskin dəyişib. Seyran Ohanyan demək olar ki, başını qaldırıb, Sarkisyanın üzünə baxmaqda özünü narahat hiss edib. Lakin müstəntiq necə və kimin təlimatına əsasən relslərin satıldığına dair sual etdikdə, Ohanyan əvvəl dediklərindən imtina edib.
Sarkisyan isə bəyan edib ki, bəli, onun tərəfindən birbaşa təlimat verilməyib, lakin onun məlumatlı olması ilə ordunun ehtiyacları, daha konkret desək, bu relslər silah alınması üçün satılıb.
Alpər Mövludoğlu
Ordu.az