Erməni hərbçinin ölüm səbəbi araşdırılır

2019/02/ermen-1551175282.jpg
Oxunub: 10021     13:59     26 Fevral 2019    
Fevralın 24-ü saat 14:30 radələrində Tavuş-Ayqepar yolunun 2.5-ci kilometrliyinə yaxın ərazidə yerləşən “Tavuş” adlanan su anbarında VAZ-2107 markalı avtomobildə suda boğulması səbəbindən Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Armen Qriqoryanın meyiti aşkarlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın istintaq komitəsi məlumat yayıb.

Bildirilir ki, İstintaq komitəsinin hərbi istintaq baş idarəsi 6-cı qarnizon istintaq şöbəsində müqaviləli hərbi qulluqçu Armen Qriqoryanın ölüm detallarının araşdırılması üçün istintaq tədbirləri davam edir.

31 yaşlı müqaviləli hərbi qulluqçu Armen Qriqoryan Tavuş vilayətinin Ayqepar kənd sakini olub.
Kəndin icra nümayəndəsi Mkrtiç Yamukyan, hərbi qulluqçunun iki azyaşlı övladının olduğunu, ailəsi ilə birlikdə qonşu Tavuş kəndində kirayə yaşadığını bildirib. O qeyd etmişdir ki, Qriqoryan 10 ilə yaxındır ki, Ermənistan ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin