Bərdədə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib – FOTOREPORTAJ

2019/02/52835-3102348934.jpg
Oxunub: 7365     13:43     26 Fevral 2019    
Bərdədə məktəblilərin “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil edilib.

Ordu.az xəbər verir ki, sərgidə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, məcburi köçkün və şəhid ailələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar. Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sərgidə rayonun müxtəlif məktəblərində təhsil alan şagirdlərin rəsmləri nümayiş olunub.

Əsasən 9-15 yaşlı məktəblilər olmaqla, ümumilikdə 100-ə yaxın əl işi nümayiş olunub. Bir-birini təkrarlamayan əl işlərində uşaq təfəkkürünün məhsulu özünü tablolarda əks etdirib.

Sonda isə tədbir iştirakçıları şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyanı izləyiblər.
















Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bərdə   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin