Bu il şəhid ailələri üçün 800 mənzil alınacaq

2019/02/35939-1551093115.jpg
Oxunub: 15784     14:52     25 Fevral 2019    
"Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək".

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, bu günə qədər mənzil almayan bütün şəhid ailələri növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Belə ki, indiyədək 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailələri   Mənzil  


Bizi "telegram"da izləyin