Lakin bu hekayənin tamamı deyil. Pekin asta-asta, amma qətiyyətli şəkildə dənizçilərinin təlimini yaxşılaşdırır. O, həyata keçirdiyi təlimlərdə, hətta hərbçilərini daha böyük risk altına qoyur.
Başqa sözlə, Çin müharibəyə hazırlıq baxımından daha yaxşı olmaq üçün üzərində çox işləyir. Bu isə ABŞ-ı narahat etməklə yanaşı, artıq Çinlə girə biləcəyi potensial məhdud, regional münaqişədə məğlubiyyətlə üzləşə biləcəyi hissini də gücləndirir.
Geridə qalan onillik XAO donanmasının təlimlərinin kompleksliyində və miqyasında əhəmiyyətli artımla yadda qaldı. Üstəlik o bu fəaliyyətlərini öz missiyaları, əməliyyatları ilə parallelik təşkil edir.
Donanmaların inşası və möhkəmləndirilməsi adətən digər qollara nisbətdə daha çox zaman tələb edir. Taktiki cəhətdən Çin Birləşmiş Ştatlardan çox geridədir. Məsələn çinli komandirlər yeni texnologiyanı öyrənərkən, uçuş zamanı yeni texniklər ortaya çıxarırlar. Pekinin böyük müdafiə büdcəsi sayəsində Çin rəsmiləri müasir komanda və idarəetmə sistemlərinə sahib olsa da, adətən hələ də köhnə metodlardan istifadə edirlər.
ABŞ QQ-nin təqaüddə olan polkovnik leytenantı Deyl Rileyc bildirir ki, buna baxmayaraq Çin özünü təkmilləşdirir. O, təlimlərdə rəqib qüvvə kimi daha çox gəmidən istifadə edir. Artıq canlı atəş təlimlərinə daha çox diqqət yetirilir və s.
Ağalar Ağalarlı
Ordu.az