Düşmən Qarabağda təlimlər keçirib

2019/02/00-71-1550816352.jpg
Oxunub: 18457     10:22     22 Fevral 2019    
İşğal altında olan Qarabağda dislokasiya olunan qanunsuz hərbi hissələrdən birinin bazasında döyüş hazırlığı təlimi keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 20-də işğal altında olan Qarabağ ərazisində qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi birləşmə komandiri general-mayor Karen Abrahamyan və Ermənistan ordusunun Baş Qərargah rəisinin birinci müavini general-mayor Onik Qasparyan cənub istiqamətində yerləşən hərbi hissənin döyüş hazırlığı vəziyyətinə gətirilməsi məşğələlərinin gedişatını izləyiblər.

Qanunsuz hərbi hissənin bölmələri döyüş tətbiqi rayonlarına çıxarılaraq, qoyulmuş tapşırıqların icrasına başlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Təxribat  


Bizi "telegram"da izləyin