Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Hüquqi özbaşınalığa qarşı mübarizə” ictimai təşkilatın rəhbəri Ermənistanın insan hüquqlarının ilk müdafiəçisi Larisa Alaverdyan konfransda çıxışı zamanı deyib.
Söhbət, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı əhali tərəfindən seçilmədiyinə görə, danışıqlar zamanı onları təmsil edə bilməyəcəyinə dair bəyanatından gedir.
Alaverdyan qeyd edib ki, Paşinyanın seçilməməsi onu Ermənistanın rəhbəri olaraq, Qarabağla bağlı məsuliyyətdən və səlahiyyətlərdən azad etmir.
“Paşinyanın Qarabağı təmsil etməmək barədə mövqeyi beynəlxalq formatda qəbul edilmir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az