"Hakimiyyətin Qarabağ məsələsi ilə bağlı konkret konsepsiyası yoxdur" - Şarmazanov

2019/02/00-64-1550665328.jpg
Oxunub: 20127     16:14     20 Fevral 2019    
"Bütün bunlar göstərir ki, ya Paşinyan özü çaşqınlıq içərisindədir, ya da özü xalqı çaşdırır. Bu, hər iki halda onun yüksək dövlət vəzifəsindən uzaqlaşdırılmasını gündəmə çevirir".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz "Facebook" səhifəsində yazıb.

"Qarabağ məsələsi ən əsas ictimai və siyasi gündəm olaraq qalır. Nikol Paşinyan və onun siyasi atası Ter-Petrosyan bunu dərk etmir və saxta gündəmlər irəli çəkirlər.

Ermənistanın populist hakimiyyətinin Qarabağ məsələsi ilə bağlı hər hansı konkret konsepsiyası yoxdur. Buna sübut olaraq, İlham Əliyevlə Düşənbə liftindəki və Davosdakı nəzərdə tutulmayan təsadüfi görüşlərini göstərmək olar. Paşinyan hakimiyyəti vəziyyəti qiymətləndirməyə qadir deyildir.

ABŞ-ın səfiri Mils aydın şəkildə ərazilərin qaytarılması müqabilində sülh deyir, Nikol isə səlahiyyətini başa vuraraq gedən səfirin fikirləri deyə vurğulayır. Bolton İrəvanda erməni xalqına tarixi ideologiyanızdan əl çəkin deyir. Bu halda Nikol susqunluğa üstünlük verir. Əliyev davamlı olaraq Qarabağı və Ermənistanı təhdid edir, Nikol onu savadlı şəxsiyyət kimi təqdim edir. Bunları Ter-Petrosyan etdiyi kimi Nikol da edir.

Bütün bunlar göstərir ki, ya Paşinyan özü çaşqınlıq içərisindədir, ya da özü xalqı çaşdırır. Bu, hər iki halda onun yüksək dövlət vəzifəsindən uzaqlaşdırılmasını gündəmə çevirir", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin