Ordu.az xəbər verir ki, bu barədə Nerses Aloyan öz “Facebook” səhifəsində qeyd edib.
Onun yazdığına görə, dostlarından biri işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan silahlı birləşmələrin hərbi hissələrindən birində xidmət edir. Həmin dostu “əsgər hesabına pul qazanmaq” başlığı ilə yayımlanan həyəcanlı məlumatdan xəbər verir.
O bildirib ki, hərbi hissələrdə fəaliyyət göstərən dükanlarda qiymətlərin adi dəyərindən dəfələrlə baha olduğunu çoxları bilir, bəziləri isə guya məlumatsız kimi özünü aparır.
Əsgər üçün ən ucuz tütün məmulatı işğal altındakı ərazilərdə qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrində 380-400 dram dəyərində satılır. 10 qutu siqaret üçün erməni əsgəri 4300 dram pul verir, bu 7 gün müddətinə kifayət edir.
Ay ərzində dövlətdən cəmi 3400 dram müavinət aldığı halda, kobud hesablasaq əsgər yalnız siqaretə ay ərzində 17.200 dram vəsait sərf edir. O, dükan sahiblərinə və onlara himayədarlıq edənlərə müraciət edərək, əsgər hesabına külli miqdarda pul qazandıqlarını vurğulayır.
Digər problem isə hərbi hissələrdə telefonların balansının artırılması məsələsidir.
1000 dramlıq balans kartı müqabilində erməni əsgəri 1100 dram, 500 dramlıq balans kartı müqabilində isə 550 dram vəsait ödəyir. Əsgər bütün bunlara görə “niyə bu qədər bahadır”, deyə soruşduqda dükançı “bəlkə Qarabağa bütövlükdə gəlmisən”, deyə cavab verib.
Erməni əsgər sonda aidiyatı qurumlardan bu məsələlərlə bağlı məşğul olmağı xahiş edir. Əlavə edək ki, bu kimi vəziyyət Ermənistanın bütün hərbi hissələrində hökm sürür.
Alpər Mövludoğlu
Ordu.az