Ordu.az xəbər verir ki, bu günlərdə 6-cı dağ atıcı alayın zabiti Tiqran Hovanisyan xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk edib.
Zabitin geri qaytarılması üzrə axtarışlar nəticə verməyib. Lakin bir neçə gün sonra zabit özü Ağdərə hərbi polisinin əməkdaşı Levon Avanesyana təslim olub.
T.Hovanisyan izahatında hərbi hissəni məhz komandirlərinin təhqir və təqibləri üzündən özbaşına tərk etdiyini yazıb və əgər bu belə davam edərsə intihar edəcəyini də deyib.
Ordu.az