Hərbi maşını idarə edən erməni sürücü qəza törədib

2019/02/10319-1550584297.jpg
Oxunub: 10241     16:57     19 Fevral 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında spirtli içki qəbul edərək maşını idarə etmə halları artıb.

Ordu.az xəbər verir ki, müqavilə əsasında hərbi hissədə sürücü işləyən Artur Hovakimyan alkoqollu vəziyyətdə idarə etdiyi hərbi avtomobillə qəza törədib.

Qəzanın səbəblərini araşdıran Maralik polisinin rəis müavini Artaş Harutunyan hərbi sürücüyə bu vəziyyətdən canını qurtarmağın yeganə yolun ona böyük məbləğdə pul ödənilməsi olduğunu “mədəni surətdə izah” edib.

Xəbərdə o da bildirilir ki, sürücünün yaxınları A.Hovakimyanın işdən qovulmaması və baş verən qəzanın ört-basdır edilməsi üçün rüşvət verməyə razılaşıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qarabağ   Yaralı   Qəza  


Bizi "telegram"da izləyin