Ordu.az xəbər verir ki, Ağdərə ərazisində düşmən ordusunun bölmələrindən birində xidmət edən leytenant Mher Qriqoryan rayon mərkəzindəki kafedə tanışları tərəfindən təşkil edilən məclisdə ofisiantla mübahisə edib. Sonradan münaqişə davaya çevrilib və nəticədə leytenant M.Qriqoryan mülki şəxslər tərəfindən döyülüb.
Hadisə ilə bağlı açılan cinayət işini aparan istintaq şöbəsinin rəis müavini Ardak Xaçatryan zabitdən külli miqdarda rüşvət tələb edib. Pulu ödəməyəcəyi təqdirdə A.Xaçatryan zabitə uzun müddətli həbs cəzasına məhkum olunacağını bildirib.
Hələlik faktla bağlı istintaq davam edir.
Ordu.az