Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşdən sonra deyib.
Onun sözlərinə görə, Ermənistanda bu yaxınlarda yeni hökumət formalaşdığını nəzərə alaraq, bu mərhələdə həll proseslərinin nə qədər dərinləşdirilməsinin mümkünlüyünü başa düşmək üçün, təbii ki, bir az əlavə vaxta ehtiyac var.
"Həmsədrlər və ATƏT yalnız dialoq üçün şərait yaratmağa kömək edə bilər. Qərarlar tərəflər arasında birbaşa danışıqlarda birbaşa söhbət zamanı qəbul edilməlidir", - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az