İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində qeyri-döyüş şəraitində ölən və yaralananların sayının artması erməni ictimaiyyətində böyük narahatlığa səbəb olur.
Ordu.az xəbər verir ki, bir neçə gün öncə ön xətt mövqelərinin birində bunkerin yaxınlığında Artyom Babinyan soyadlı erməni hərbçisi qan içində huşsuz halda tapılıb.
İlkin versiyaya görə o xidmət yoldaşları tərəfindən vurulub. Hadisə ictimaiyyətdən gizlədilsə də polkovnik Armen Gözəlyanın tapşırığı ilə cinayət işi açılıb və istintaq davam edir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qarabağ
Yaralı