Erməni əsgər yerlibazlığın qurbanı olub

2019/02/34534-1550235544.jpg
Oxunub: 13401     19:56     15 Fevral 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində yerlibazlıq üstündə döyülərək xəsarət alanların sayının ardı-arası kəsilmir.

Ordu.az xəbər verir ki, 1998-ci təvəllüdlü, Ermənistandan hərbi xidmətə çağırılan Narek Armaqanyan qarbağlılarla Ermənistandan gələn hərbçilər arasında baş verən növbəti davanın qurbanı olub.

Madagiz hərbi polis rəisi Karen Beqleryanın tapşırığına əsasən, burnunun sınması və müxtəlif bədən xəsarətləri alması səbəbindən hospitala yerləşdirilən hərbi qulluqçu N.Armaqanyanın döyülmə faktının araşdırılması məqsədilə hərbi polisin müstəntiqi hərbi hissəyə ezam olunub.

Fakt ictimaiyyətdən gizlədilsə də cinayət işi açılıb, araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorakılıq  


Bizi "telegram"da izləyin