Ordu.az xəbər verir ki, 6-cı dağ atıcı alayın 11 nəfər gənc əsgəri tibb məntəqəsində pnevmoniyadan müalicə alır.
Hərbi hissənin əsgəri Andranik Tiqranyan isə ağır vəziyyətdə Ağdərə hərbi hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
İş o həddə çatıb ki, hərbi qulluqçular arasında xəstəliyin kəskin artması səbəbindən gənc əsgərlər üçün planlaşdırılan andiçmə mərasimi belə təxirə salınıb.
Komandanlıq təcili tədbirlər görülməsi ilə bağlı İrəvana yazılı məlumat göndərsə də hələlik heç bir yardımın göstərilmədiyi bildirilir.
Ordu.az