Erməni əsgər xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb

2019/02/600@0-1550229168.jpg
Oxunub: 12010     15:12     15 Fevral 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədən kənar münasibətlər zəmnində cinayətlərin sayı çoxalmaqda davam edir.

Ordu.az xəbər verir ki, qeyri-döyüş şəraitində ağır xəsarət alan erməni əsgəri Norayr Malkosyan İrəvanın “Kanaz” adlandırılan qarnizon hərbi hospitalına aparılıb.

Əsgər özünə gəldikdən sonra müstəntiqlər onunla söhbət edə biliblər. Onun izahatından məlum olub ki, hərbi qulluqçu xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Hadisə ilə bağlı hərbi qulluqçular, Arman Qazaryan, Aren Yeğizaryan, Davit Lalayan və Zorik Antonyan istintaqa cəlb olunublar.

Araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin