“Qarabağ münaqişəsi çox təhlükəli ola bilər” – Sarkisyan

2019/02/345-1550226855.jpg
Oxunub: 32134     14:33     15 Fevral 2019    
“Dağlıq Qarabağdakı dondurulmuş münaqişə hələ də tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan Almaniyanın Heidelberg Universitetinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, dondurulmuş münaqişə tənzimlənməyib və düzgün idarə edilmədiyi təqdirdə çox təhlükəli ola bilər.

“Mənim üçün münaqişənin sülh yolu ilə həll edilməsindən başqa yol yoxdur. Başqa variant hər kəs üçün dağıdıcı olacaq. Buradakı mühüm şey, nə qədər güclü olduğunuz, silahlanmaya nə qədər pul xərclədiyiniz və ya ordunuzun nə qədər böyük olduğu deyil. Burada müxtəlif maraq və çətinliklər fokuslaşıb. Bura həqiqətən, müxtəlif sivilizasiyaların kəsişməsidir”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-Münaqişəsi   Sarkisyan  


Bizi "telegram"da izləyin