"Bilirsiz, 2 ölkənin Xarici İşlər nazirləri arasında görüş barədə razılıq əldə edilirsə, biz sistemli qaydada bu barədə məlumat veririk", - deyə Ermənistan XİN sözçüsü bildirib.
Sistemli şəkildə nə deməkdir? Bu, görüş barədə eyni gündə, eyni saatda birgə açıqlama verilməsidir.
Yeri gəlmişkən qeyd edirlər ki, görüşdən sonra Əliyev-Paşinyan rəsmi danışıqları başlayacaq, hətta ölkə olaraq danışıqlar yeri ABŞ göstərilir.
Erməni rəsmiləri isə ciddi cəhdlə vurğulayır ki, belə bir görüş haqqında məlumatları yoxdur.
Maraqlıdır, bəs niyə Məmmədyarov-Mnatsakanyan görüşləri bu qədər uzun çəkir, yeni prinsiplər işlənib hazırlanır?
Bu barədə bir zamanlar danışıqlarda iştirak edən diplomat belə deyib: "Qarabağ münaqişəsi ilə bağlı Rusiya ilə ABŞ arasında fərqlilik olduğu deyilsə də, bu belə deyil. Karasin, konsensus olduğunu doğru deyirdi, Zöhrab Mnatsakanyana gəldikdə isə, o, xüsusilə də ingiliscə çox uzun danışmağı sevir. Hesab edirəm ki, səbəb bu ola bilər, başqa heç nə".
Alpər Mövludoğlu
Ordu.az