Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən, saat 18:00 radələrində Qarabağ şimal-şərq istiqamətində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrindən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Frunzik Valerioviç Tamazyan qaraciyər çatışmazlığı, kəskin ürək çatışmazlığı diaqnozu ilə olduqca ağır vəziyyətdə Ağdərədəki hərbi hospitala təxliyyə edilib.
Həkimlərin səylərinə baxmayaraq saat 20:30 radələrində erməni hərbi qulluqçu ölüb.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az