Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, Ermənistan parlamentində Nikol Paşinyana bir neçə dəfə sual ünvanlayaraq tələb edib ki, proses Ermənistan qanunvericiliyinə uyğun tənzimlənsin, erməni hərbçilərinin hüquqları və zəmanəti təmin edilsin.
"Bu gün MN məlumat yayıb ki, hərbi heyət artıq Suriyadadır. Şəxsi siyasi maraqlarından irəli gələrək, Paşinyan kobudcasına qanunu pozub.
Ermənistan hakimiyyəti tez bir zamanda bu suallara cavab verməlidir:
1. Ermənistanın hərbi heyət göndərməsi ilə bağlı Suriya hakimiyyətinin rəsmi xahiş məktubunu yayımlasın
2. Niyə qanununu pozub və beynəlxalq müqavilə olmadan qoşunlarımızı Suriyaya göndərib?
3. Suriyada bizim hərbçilərin hüquqlarına necə zəmanət verilib", - deyə Aşotyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az