Bu barədə
Ordu.az saytına belaruslu siyasi icmalçı Artem Şraybman, erməni ekspertləri arasında və KİV-lərdə “KTMT Baş katibinin təyin edilməsi mövzusu hələ bağlanmayıb” ifadəsini şərh edərkən bildirib.
O qeyd edib ki, Ermənistanın geri addım atması çətindir, çünki bu nüfuzun itirilməsi deməkdir.
“Buna görə də mövcud vəziyyətin, Ermənistanın özünün hesab etdiyi müddətin bitməsinə qədər davam edəcəyi mümkündür. Bütün bunlar təmamilə simvolik bir məna daşıyır, çünki KTMT bu gün bir təşkilat kimi yüksək olmayan bir əhəmiyyətə malikdir, bunu həm Belarusun, həm də Rusiyanın İrəvanın rəqibi olan Azərbaycanla əməkdaşlığı da göstərir. KTMT Baş katibi isə olduqca formal bir vəzifədir”, - deyə A. Şraybman fikrini tamamlayıb.
Ordu.az