“Belarusun Azərbaycana “Polonez”ləri satması sağlam rəqabətdir” – Şuqayev

2019/02/75524-3098882528.jpg
Oxunub: 3680     12:28     06 Fevral 2019    
“Azərbaycan bu gün yalnız bizimlə deyil, həm də digər tərəfdaşlarla - xüsusən də Belarusla əməkdaşlıq edir. Bu bizi narahat etmir”.

Ordu.az xəbər verir ki, Rusiyanın hərbi texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitri Şuqaev “Kommersant”a müsahibəsində Belarusun Azərbaycanı “Polonez”lərlə təchiz etməsi faktına toxunub.


Belarusun “Polonez” tipli komplekslərin təchizatına münasibətini və Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığına təhdid olub-olmadığını soruşduqda, D.Şuqaev bunun sağlam rəqabət olduğunu bildirib.

“Azərbaycan bu gün yalnız bizimlə deyil, həm də digər tərəfdaşlarla - xüsusən də Belarusla əməkdaşlıq edir. Bu bizi narahat etmir: birincisi, biz sağlam normal rəqabət tərəfdarıyıq, ikincisi isə hər iki ölkə MDB-yə daxildir, biz buna qarşı necə çıxa bilərik? Bütün bunlar sağlam düşüncə çərçivəsindədirsə, biz heç kimə heç nə deyə bilmərik və bunu etməyə də hazırlaşmırıq”, - deyə Şuqaev bildirib.

Müsahibədə o, Rusiya ilə Türkiyə arasındakı hərbi-texniki əməkdaşlığa da toxunub: “Bu günTürkiyənin sifariş portfeli 1 milyard dollardan çoxdur, 2017-ci ildə isə S-400 komplekslərinin alınması üçün müqavilə imzalanıb. Biz artıq son tarixə onun qısaldılması istiqamətində iki dəfə düzəliş etmişik və 2019-cu ilin payızında öhdəliklər yerinə yetiriləcək. Türkiyə əlbəttə ki, milli müdafiə sənayesinin inkişafı üçün ambisiyalara malikdir, artıq bəzi sahələrdə uğurlar da qazanıb. Buna görə tərəfdaşları bəzi texnikaların, o cümlədən aviasiyanın birgə inkişafı kimi mövzular cəlb edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Azərbaycan   Polonez  


Bizi "telegram"da izləyin