Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Melik-Şahnazaryan "Sputnik Armenia"nın "Təqvim" proqramı çərçivəsində Qarabağ münaqişəsinin həllinin son inkişafları haqqında danışarkən deyib.
Erməni politoloqun fikrincə, danışıqlar prosesinin yenidən başlamasına sürətli təkan verilib, hər kəs öz sahəsində prosesi sürətləndirməyə və nəticəni təmin etməyə çalışır.
"Birləşmiş Ştatlar üçün problem aydındır, onların bizim regionda İran İslam Respublikası, Yaxın Şərq və Türkiyə ilə bağlı məsələləri var. Görürlər ki, rus-türk ittifaqı yaranır, daha çox vacib problemlərin həlli üçün onlara mane ola biləcək və həmin məsələləri sınaqdan keçirirlər. Çalışırlar daha tez həll etsinlər",- deyə Melik-Şahnazaryan bildirib.
Ekspertin fikrincə, Qarabağ münaqişəsi bunlardan biridir: "Bu, Birləşmiş Ştatlar üçün heç bir geosiyasi vəziyyəti dəyişməyən münaqişədir. Ancaq İran sərhəddi ətrafındakı gərginlik digər dövlətlərə bölgəyə daxil olmağa və öz mövqelərini gücləndirməyə imkan verəcək. İndi, bunun üçün Birləşmiş Ştatlar Qarabağ məsələsinin həllinə təkan verməyə çalışır",- deyə erməni politoloq qeyd edib.
Şahnazaryanın sözlərinə görə, ABŞ prezidentinin məsləhətçisi Con Boltonun Ermənistan Baş naziri Nikol Paşinyanla Qarabağ münaqişəsini müzakirə etməməsi, ancaq iki-üç gün sonra Azərbaycanın prezidenti İlham Əliyevlə danışması və faktiki olaraq bu məsələni müzakirə etməsi narahatedicidir.
Alpər Mövludoğlu
Ordu.az