Felqenqauer Qarabağ münaqişəsi barədə: "Tərəflərin çox az vaxtı var"

2019/02/15226-1549354758.jpg
Oxunub: 6682     12:17     05 Fevral 2019    
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi getdikcə əvvəlki tərzinə qayıdır. Sadəcə, yeni vəziyyət mövcud imkanları anlamaq məqsədilə müvəqqəti dayandırılmışdı. Diplomatik bəyanatlar səviyyəsində dəyişiklik baş vermişdi. Ancaq bir çoxumuz başa düşürük ki, tərəflərin mövqeləri məzmun baxımından dəyişməyib".

Ordu.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Pavel Felqenqauer Qarabağ münaqişəsinin danışıqlar prosesinə toxunarkən bildirib.

Onun sözlərinə görə, bu mövqeləri əks etdirməyən bəyanatlar ictimaiyyət arasında çox sayda suallara səbəb olur.


"Elə bir təəssürat yaranır ki, nəisə baş verir, amma əslində heç nə baş vermir. Həmsədr ölkələrin mövqelərində də həmçinin çox şey dəyişməyib. Rusiya status-kvoya tərəfdar olmaqda qalır. ABŞ və Fransa isə münaqişənin nizamlanması prosesini prioritet kimi görmür", - deyə o qeyd edib.

Felqenqauer, müsbət nəticə kimi son aylarda Ermənistanla Azərbaycan arasında təcili ünsiyyət qurulmasına nail olunmasını göstərib: "Bu müsbət məqam idi, lakin atəşkəs rejimini saxlamaq və bunun qarşısını almaq üçün kifayət deyil, çünki hər an Ermənistan-Azərbaycan mühiti kəskinləşdiyi məqamda bu əlaqə kəsiləcək".

Onun fikrincə, bu bəyanatlar onu göstərir ki, tərəflərin çox az vaxtı var.

"Bunun üçün də atəşkəsin davamlı olmasını təmin edən razılaşmalar istiqamətində tələsmək lazımdır. Əks halda danışıqların yenə də qeyri-müəyyən vaxtda dalana dirənəcəyi təhlükəsi var. Çünki Azərbaycan hakimiyyətinin Ermənistanın yeni hakimiyyətindən başqa gözləntiləri vardı", - deyə hərbi ekspert əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Təxribat  


Bizi "telegram"da izləyin