Qarabağ məsələsində qırmızı xətt: Karasin Ermənistanın mövqeyini öyrənmək istəyirdi?

2019/02/12980-1549287847.jpg
Oxunub: 5680     17:42     04 Fevral 2019    
Ötən həftə Rusiyanın Xarici İşlər nazirinin müavini Ermənistana iki günlük səfər etdi. Lakin diqqət çəkən məqam, Qriqori Karasinin yarım gün erməni həmkarı Zöhrab Mnatsakanyanla söhbət etməklə keçirməsi olub. Onun Ermənistana səfəri bir sıra başqa məqamlarla yanaşı, Ermənistanın Qarabağ məsələsində qeyri-müəyyən olan mövqeyini öyrənməkdən ibarət olub.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Yervand Bozoyan KİV-lərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Karasinin səfəri daha çox qeyri-rəsmi xarakter daşıyıb.

"Davosda rəhbərlər arasında görüş, Con Boltonla Paşinyanın telefon danışığından sonra belə bir təəssürat yarandı ki, hansısa bir proses gedir. Çoxlarında, o cümlədən erməni ictimaiyyətində bir qorxu vardı. Həmçinin Rusiya da Qarabağ məsələsində təşəbbüskarlığın ABŞ tərəfinin əlinə keçə biləcəyindən narahat idi. Rusiya ən yaxın gələcəkdə hansısa sürprizlərin ola biləcəyini, Ermənistanın danışıqlar prosesində mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir", - deyə Bozoyan qeyd edib.

Bozoyanın fikrincə, hazırda danışıqlar posesinin hansı prinsiplərə əsaslanaraq aparılmasına dair ziddiyyətlər var.

"Ermənistan hakimiyyəti "Mardid prinsipləri"nə dair hər hansı şərh verməkdən yayınmaqla yanaşı, eyni qaydada başqa bir əsas da açıqlamır. Sadəcə qeyd edilir ki, Ermənistan Qarabağ adından danışıqlar aparmayacaq. Lakin Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında 4 görüş baş tutub. Onda belə olan halda onlar nə barədə söhbət edirlər. İnanmıram ki, hava durumu haqqında söhbət etsinlər.

ATƏT-in Minsk Qrupuna gəldikdə isə bu halda istənilən vasitəçi ölkə əsas vasitəçilik missiyasını ələ keçirməyə cəhd edir. Vaşinqton, Paris və Moskva daim bu məslədə bir-birini əvəz edir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Bolton modelinə işarə edilirdi. Əslində o, bölgəyə səfər etdikdən sonra münaqişənin tez həll edilməsi zərurəti barədə bəyanat verməklə danışıqlar prosesində fəal iştirak etməyə başlayıb".

Bu mərhələdə ABŞ-ın fəallaşmasının Rusiyada narahatlıqlara səbəb olmasını bildirən erməni politoloq, bununla yanaşı Rusiya və ABŞ-ın Ermənistanın nə istədiyini anlamadığını vurğulayıb: "Azərbaycan kimin daha çox nə təklif edəcəyini gözləməklə yarışmaya daha da dəstək verir. Bununla yanaşı erməni tərəfi öz daşlaşmış mövqeyi ilə konsepsiya yoxluğu nümayiş etdirir. Nə Moskva, nə də Vaşinqton Ermənistanın nə istədiyini və ondan o tərəfə güzəştlər etməyə hazır olmadığına dair onun üçün qırmızı xəttin nədən ibarət olduğunu, bir sözlə mövqeyini başa düşmürlər.

Bu Ermənistanın danışıqlar prosesində üstünlüyünü itirməsinə gətirib çıxarır. Bu prosesin davam etməsi keçmişdə ilk güzəştlərin Azərbaycan tərəfindən edilməsini gözləmələrinə baxmayaraq, həmsədrlər üçün İrəvan və Bakını bərabərləşdirəcək. Beləliklə vəziyyəti dəyişmək lazımdır. Əks halda Ermənistan hakimiyyətinin təcrübəsizliyi ciddi təhlükələrə səbəb ola bilər".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karasin   Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin